Şənbə , Yanvar 23 2021
Ana səhifə / Siyasət / Putinin yanındakı Şuranın eksperti deputat Gövhər Baxşəliyevaya cavab verir

Putinin yanındakı Şuranın eksperti deputat Gövhər Baxşəliyevaya cavab verir

Milli Məclisin deputatı Gövhər Baxşəliyevanın qalmaqallı çıxışı yalnız ölkənin ictimai rəyində deyil, həm də Rusiyanın özündə mənfi reaksiya doğurub. Xatırladaq ki, millət vəkili ictimai rəyin və Azərbaycan hakimiyyətinin özünün mövqeyinin əksinə olaraq Bakıda rus dilində ibtidai təhsili qadağan etməyə çağırıb.

“Azərbaycanlılar – Rusiya Federasiyasının yerli xalqıdır. Bizim həmyerlilərimiz – Rusiya vətəndaşları yığcam şəkildə Dağıstanda yaşayırlar. Bundan başqa, Azərbaycandan bir çox miqrantlar var, hansılar ki, Rusiyada işləyirlər. Biz onun üzərində işləyirik ki, azərbaycanlılar Rusiya Federasiyasında öz dillərini saxlasınlar. Və mən sizi inandırıram ki, Azərbaycan dili Rusiyada heç bir diskriminasiyaya məruz qalmayacaq və buna sadəcə qanun imkan vermir”.

Bunu virtualaz.org-a miqrasiya və millətlərarası münasibətlər məsələsi üzrə Rusiya Federasiyasının prezidenti yanında xarici vətəndaşların ictimai-mədəni uyğunlaşması ilə əlaqədar Komissiyanın eksperti Araz Mürsəliyev Azərbaycanda ksenofobiyanı və rus dilinin diskriminasiyasını təbliğ edən G.Baxşəliyevanın çıxışını şərh edərkən deyib.

Araz Mürsəliyev qeyd edib ki, əlbəttə, dövlət dili – milli və vətəndaş kimliyinin fundamental əsaslarından biridir, amma onu da unutmaq lazım deyil ki, Rusiyada 230-dan çox dildə danışan xalqların nümayəndələri yaşayır. Yeri gəlmişkən, ekspertin bir qədər əvvəl Rusiyanın müxtəlif nəşrlərində dərc edilmiş məqaləsi məhz buna həsr edilmişdi.

“Hamı öz milli mədəni sərvətinin saxlanılması hüququna malikdir. Bu hüquqa Rusiya Federasiyasının Konstitusiyası ilə zəmanət verilib. Rusiyanın müasir milli dövlət siyasəti isə etnomədəniyyət və dil müxtəlifliyini saxlamaqla, ölkənin çoxmillətli xalqlarının mənəvi birləşməsinin möhkəmləndirilməsini, vahid vətəndaş mllətinin yaradılmasını özünün prioritet məsələsi hesab edir. Rusiya Federasiyasının tərkibinə daxil olan respublikalar da, həmçinin, öz dövlət dillərinin qurulması ilə bağlı konstitusiya hüququna malikdirlər, hansılar ki, rus dili ilə yanaşı dövlət və yerli hakimiyyət orqanlarında istifadə olunur”, – Araz Mürsəliyev yazıb.

O xatırladıb ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin həm də bu sferada təhsil və milli siyasətin formalaşması məsələlərinə həsr edilmiş “Maşuk” forumunda çıxış edərkən Rusiya xalqlarının milli dillərinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Ondan bir müddət əvvəl, 19 dekabr 2012-ci ildə isə Vladimir Putin Rusiya Federasiyasının 2025-ci ilə qədər olan milli dövlət siyasətinin Strategiyasını təsdiq edib.

Araz Mürsəliyevin sözlərinə görə, Rusiya Federasiyasında dövlətin, xalqların nümayəndələrinin danışmaq, təhsil almaq, məlumatları yalnız rus dilində deyil, həm də öz doğma dillərində istehlak etmək hüququnun qorunmasına yönəlmiş, yaxşı düşünülmüş milli və dil siyasəti var.

Ekspertin fikrincə, “Sovet İttifaqının keçmiş respublikalarından Rusiya Federasiyası ərazisinə gələn milli azlıqların nümayəndələrinə öz dillərinin öyrənilməsi və qorunması üçün şərait yaradılır”.

Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin məlumatına görə, 2017-2018-ci illərdə 1.5 milyondan çox rusdilli məktəblilər milli dilləri öyrəniblər. Rusiya Federasiyasının təhsil sistemində 24 dildən tədris, 81 dildən isə tədris predmeti olaraq istifadə edilir”, – deyə ekspert bildirib.

Araz Mürsəliyev göstərib ki, dil siyasəti sahəsində bəzi problemlər yenə də qalır. İlk növbədə, Rusiyanın yerli azsaylı xalqlarının dillərinin saxlanılmasında problemlər hələ də müşahidə olunur.

“Amma azərbaycanlılarla bağlı problemlər yoxdur. Nə vaxt ki, biz Rusiya vətəndaşlarının və miqrantların milli dillərinin saxlanılması haqqında danışırıq, hər şeydən əvvəl Rusiya Federasiyasının qanunvericiliyini xatırlamaq lazımdır. Orada göstərilir ki, istənilən xalq dilin saxlanılmasında və məktəbdə öyrənilməsidə 100%-lik hüquqa malikdir. Yeri gəlmişkən, mənim fikrimcə, “miqrant” termini keçmiş sovet respublikalarının nümayəndələrinə uyğun gəlmir. Bunlar daha çox soydaşlardır”, – Araz Mürsəliyev deyib.

“Biz on illər boyunca çoxmillətli bir ölkədə yaşamışıq. Və Rusiyadakı azərbaycanlılar – bunlar soydaşlardır. Onlar öz milli dillərində təhsil almaq imkanına malikdirlər. Biz də, öz növbəmizdə, buna hər cür imkan yaradacağıq”, – deyə həmsöhbətimiz vurğulayıb.

Həmçinin oxuyun

Mehri dəhlizinin qapısı Azərbaycana qaytarılacaq

Naxçıvanın Ermənistan işğalında qalan Kərki kəndində yaşayan ermənilər kəndin Azərbaycana qaytarılması üçün hazırlığın getdiyini deyirlər.Bu …