Bazar , Yanvar 24 2021
Ana səhifə / Siyasət / Putinin İlham Əliyevlə telefon danışığı oldu

Putinin İlham Əliyevlə telefon danışığı oldu

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı rusiyalı sülhməramlıların işi, Dağlıq Qarabağda humanitar yardım göstərilməsi və qarşılıqlı iqtisadi əlaqələr müzakirə olunub.
Həmçinin, Rusiya sülhməramlılarının Dağlıq Qarabağ bölgəsindəki iş üsulları və əhaliyə humanitar yardımın göstərilməsi üçün bundan sonrakı addımlar nəzərdən keçirilib, regionda qarşılıqlı iqtisadi əlaqələr və nəqliyyat-kommunikasiya sisteminin bərpası məsələsi müzakirə olunub.
Bundan əlavə, Putin İlham Əliyevlə Rusiyanın qurumlararası nümayəndə heyətinin Bakı səfərinin nəticələrini müzakirə edib.

Həmçinin oxuyun

Bakı İrəvandan bu yolla yeni ərazilər alacaq

Bakı və Ankara beynəlxalq meydanlarda Ermənistana qarşı fəaliyyət aparır. Bunu jurnalistlərə açıqlamasında erməni türkoloq Ruben …