Ana səhifə / Siyasət / Putinin əfv etdiyi milyarder yenidən axtarışa verildi

Putinin əfv etdiyi milyarder yenidən axtarışa verildi

İqtisadi cinayətlər ittihamı ilə 10 il həbsdə qalan rusiyalı milayder və “YUKOS” neft şirkətinin keçmiş sahibi Mixail Xodorkovski vətənində yenidən axtarışa verilib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, 1998-ci ildə Nefteyuqansk şəhərinin meri Vladimir Petuxovun öldürülməsini sifariş edən şəxs kimi federal axtarışa verilib.
Rusiya İstintaq Komitəsi yaxın vaxtlarda Mixail Xodorkovskini beynəlxalq axtarışa vermək və qiyabi həbs olunması barədə qərar çıxaracaqlarını bildiriblər.
Milyarderin mətbuat xidmətinin rəhbəri isə Xodorkovskinin İsveçrədə yaşadığı ünvanın hər kəsə açıq olduğunu bəyan edib.
Mixail Xodorkovski 2003-cü il oktyabrın 25-də vergidən yayınma ittiham ilə həbs olunmuşdu. İki ayır cinayət işi üzrə məhkəmə ona 11 il həbs vermişdi.
O, 2013-cü il dekbarın 20-də prezident Vladimir Putinin əfv sərəncamı ilə azadlığa çıxaraq Rusiyanı tərk edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın