Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Siyasət / Putin Vahid Ələkbərovla görüşdü

Putin Vahid Ələkbərovla görüşdü

Rusiya prezidenti Vladimir Putin Kremldə “LUKOIL” neft şirkətinin prezidenti Vahid Ələkbərovu qəbul edib.

Virtualaz.org TASS-a istinadən bildirir ki, söhbət zamanı 2018-ci ildə neft-qaz yataqlarının işlənməsinin nəticələrinə toxunulub.

V.Ələkbərovun sözlərinə görə, şirkət 2018-ci ili uğurla başa vurub, neft hasilatına qoyulan sərmayə təxminən 500 milyard rubl təşkil edib.

“Portfelimiz kifayət qədər genişdir. 32 ölkədə çalışırıq. 2-2,5 min metr dərinlikdə qazma işləri aparırıq, bu dərinlik Qərbi Afrikada, Xəzər dənizinin bəzi yerlərində 600 metrə çatır. Yəni biz mütəxəssislərimizin qazma işləri apardıqları dərinliklərin öhdəsindən gəlirik”, – V.Ələkbərov bildirib.

“Layfa”nın məlumatına görə, sahibkar həmçinin bildirib ki, şirkətin bütün müəssisələri modernləşmədən keçib və indi ekoloji cəhətdən ən yüksək sinifli Avro-5 benzini istehsal edirlər.

V.Ələkbərov əlavə edib ki, 2019-cu ildə qiymətlərin sabitliyi təmin ediləcək.

Həmçinin oxuyun

Fuad Qəhrəmanlı istefa verdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib. O, bu barədə …