Şənbə , May 28 2022
Ana səhifə / Siyasət / “Putin və Zelenskiyə deyirəm ki, bu müharibədə qalib olmayacaq”

“Putin və Zelenskiyə deyirəm ki, bu müharibədə qalib olmayacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında ölkədə görüş təşkil etmək imkanlarına ümid etməkdə davam etdiyini bildirib.

Bu barədə Türkiyə lideri Ankarada iftar mərasimində müxtəlif ölkələrin səfirləri qarşısında çıxış edərkən deyib.

“Hər iki tərəf danışıqların İstanbulda davam etdirilməsinin tərəfdarı olduqlarını deyir. Mən mütəmadi olaraq cənab Zelenski və cənab Putinlə telefonla danışıram. Nəticələrimi, qiymətləndirmələrimi və gözləntilərimi birbaşa və səmimi şəkildə bildirirəm. Mən onlara deyirəm ki, bu müharibədə qalib olmayacaq, hamımız, bütün bəşəriyyət uduzacaq. Mən hər fürsətdə iki lideri Türkiyədə bir araya gətirmək istəyimi bildirirəm. Biz işimizi davam etdirəcəyik”– deyə o, bildirib.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov əvvəllər Putinlə Zelenski arasında görüşün keçirilə biləcəyini istisna etməyib, lakin nəticə əldə etmək üçün bunun hazırlanmalı olduğunu qeyd edib.

Həmçinin oxuyun

Rəşad Nəbiyevin yeni müavinlərinin cavabdeh olacağı sahələr müəyyənləşib

Rəqəmsal İnkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni təyin edilmiş müavinlər – Fərid Əhmədov və …