Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Siyasət / Putin Tehranda Ərdoğanla qapalı görüş keçirdi

Putin Tehranda Ərdoğanla qapalı görüş keçirdi

Rusiya prezidenti Vladimir Putin Tehranda keçiriləcək üçtərəfli görüşdə iştirak etmək üçün İranda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, görüş 45 dəqiqə çəkib və mətbuat üçün qapalı olub.

*   *   *13:44

Rusiya Prezidenti Vladimir Putin İrana səfər edib. Rusiyalı lider Tehranda keçiriləcək İran-Rusiya-Türkiyə üçtərəfli görüşdə iştirak etmək üçün İslam Respublikasına gəlib.

Daha öncə Prezidentin köməkçisi Yuriy Uşakov bildirmişdi ki, V.Putin, İran Prezidenti Həsən Ruhani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də Tehranda baş tutacaq görüşün yekunlarına dair birgə bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, görüşün əsas mövzusu Suriya böhranı olacaq.

Tehranda rusiyalı liderin iranlı həmkarı Həsən Ruhani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşləri də nəzərdə tutulub.

Həmçinin oxuyun

Gürcüstanda rusiyalı deputata görə qalmaqal qopdu, Bakıda səfərdə olan spikerin istefası tələb edilir

Gürcüstanın “Vahid milli hərəkat” və “Avropa Gürcüstanı-azadlıq uğrunda hərəkat” partiyalarından olan müxalifətçi deputatlar spiker İrakli …