Bazar ertəsi , May 10 2021
Ana səhifə / Siyasət / Putin Məmmədəli Ağayevi mükafatlandırdı – FOTO

Putin Məmmədəli Ağayevi mükafatlandırdı – FOTO

Moskvada mədəniyyət və incəsənət işçilərinə dövlət mükafatlarının verilməsi mərasimi keçirilib.

Moskva Akademik Satira Teatrının direktoru, soydaşımız Məmmədəli Ağayevə də Rusiya Prezidenti Vladimir Putinin Fəxri Fərmanı təqdim edilib.

Rusiya Dövlət Böyük Teatrın Bethoven zalında baş tutan mərasimdə çıxış edən Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova mədəniyyət işçilərini fəxri ad almaları münasibətilə təbrik edib. Bildirib ki, bu dəfə rus mədəniyyətinin zəngin tarixi irsinin qorunub saxlanmasına və inkişafına böyük töhfə verən mədəniyyət və incəsənət işçilərinə, yaradıcılıq birliklərinin nümayəndələrinə yüksək mükafatlar və fəxri adlar təqdim olunur.

Təltif olunan 42 nəfər mədəniyyət işçisi arasında həmyerlimiz, Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayev də Rusiya mədəniyyətində xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə Fəxri Fərmana layiq görülüb.Azərtac

Həmçinin oxuyun

Sergey Lavrov Bakıdadır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəlib. Belə ki, Lavrov 10-11 may tarixlərində …