Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Siyasət / Putin İlham Əliyevlə Qarabağdakı vəziyyəti müzakirə etdi

Putin İlham Əliyevlə Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının reallaşdırılmasının praktiki tərəfləri nəzərdən keçirilib. Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə üçtərəfli işçi qrupun fəaliyyətinin aktivləşdirilməsinə xüsusi diqqət yetirilib.

Həmçinin, ikitərəfli münasibətlərin gündəliyinə daxil olan məsələlər müzakirə olunub. Dövlət başçıları bundan sonra da Azərbaycan – Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsi niyyətində olduqlarını ifadə ediblər.

Bununla yanaşı, söhbət zamanı müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

Həmçinin oxuyun

Rusiyadakı diaspor təşkilatlarımız Jirinovskinin hədələrinə niyə reaksiya vermədi?

“Qorxu, xof səbəbindən, bir tikə çörək dalınca qaçmaları, qurduqları bizneslərinin dağılmaması və hədəfə tuş gəlməmək …