Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / Putin Ermənistana 200 milyon dollar verəcək

Putin Ermənistana 200 milyon dollar verəcək

Rusiya Ermənistanda hərbi arsenalını müasir silahlarla təmin etməkdən ötrü 200 milyon dollar kredit verəcək. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Ermənistan prezidenti Serj Sərkisyanın mətbuat xidməti dövlət başçısının Rusiyanın nəqliyyat naziri ilə görüşündən sonra məlumat yayıb.
“Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasında Ermənistana 200 milyon dollar kredit verilməsini nəzərdə tutan müqavilənin imzalanması razılaşdırılıb. Bu məbləğ Ermənistan silahlı qüvvələrinin arsenalını silsilə müasir silah növləri ilə genişləndirməyə imkan verəcək”, – mətbuat xidmətinin məlumatında qeyd edilir.

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …

Bir cavab yazın