Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / Putin Azərbaycandakı səfiri niyə geri çağırdı? – Politoloq rəyi

Putin Azərbaycandakı səfiri niyə geri çağırdı? – Politoloq rəyi

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini geri çağırıb.

Putinin qərarını şərh edən politoloq Elxan Şahinoğlu bunda qeyri-adi heç nəyin olmadığını, lakin müəyyən suallar doğurduğunu bildirib.

Politoloq hesab edir ki, hakimiyyət dəhlizlərində Rusiyanın mövqeyinin daima qulaqlarda çingildəməsi üçün Doroxinin yerinə Georgi Zuyev təyin edilib:

“Rusiyanın Azərbaycandakı yeni səfirinin ismi bu ilin iyulun əvvəlində bəlli olub. Rusiya Dövlət Duması elə həmin tarixdə Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Yeni səfir Georgi Zuyevdir. O Azərbaycana səfir təyin olunana qədər Rusiya Xarici İşlər Nazirliyinin kadrlar departamentinin direktor müavini vəzifəsində çalışıb. Məndə olan məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov sonuncu dəfə Bakıda olarkən yeni səfirin təyinatına toxunub. Bakı Doroxindən razı idi. Ancaq Zuyevlə bağlı ziddiyətli informasiyalar var. Birincisi, Zuyevin Rusiya kəşfiyyatına bağlı olduğuna dair müxtəlif xəbərlər var. İkincisi, necə ki, Sergey Lavrov Qarabağ münaqişəsinin həllinə soyuq yanaşır, yeni səfirin də eyni mövqedə olduğuna dair məlumatlar var”.

Elxan Şahinoğlu sözlərinə əlavə edib ki, Zuyev Moskvanın xarici siyasətindəki yeni tələb və istəkləri Bakıya daha intensiv şəkildə çatdıracaq:

“Moskva Azərbaycandakı sakit səfir Doroxini (qeyri-rəsmi söhbətlərdə Rusiyanın Ukraynanı niyə parçaladığını anlamadığını deyirmiş) Zuyevlə ona görə əvəz edir ki, hakimiyyət dəhlizlərində Rusiyanın mövqeyi daima qulaqlarda çingildəsin. Bununla barışa bilmərik.Qonşuluq və sözdə dostluq öz yerində, biz də elə etməliyik ki, Azərbaycanın işğalla barışmayacağı fikri rusiyalı rəsmilərin qulaqlarında çingildəsin. Bu arada, ara-sıra müharibədən danışan Rusiyadakı səfirimiz Polad Bülbüloğlu savaş ritorikasını bir az daha artırmalıdır”.

Qeyd edək ki,V.Dorovin 2009-cu ilin fevralın 24-dən səfir vəzifəsində çalışırdı.

Həmçinin oxuyun

Putin: “Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”

“Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”. APA-nın Moskva müxbirinin …