Cümə , Aprel 19 2019
Ana səhifə / Siyasət / Putin 9 generalı vəzifəsindən azad etdi

Putin 9 generalı vəzifəsindən azad etdi

Rusiya prezidenti Vladimir Putin ölkənin güc strukturlarında çalışan 9 generalı işdən azad edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, prezidentin sərəncamı rəsmi dövlət saytında dərc olunub.

Vəzifəsindən azad olunanlar general-leytenant Sergey Didenko (Rusiya FHN-in Sibir regional mərkəzinin rəisi), general-mayor İrina Zeybert (Rusiya İstintaq Komitəsi sədrinin baş köməkçisi), general-mayor Aleksandr Kuznetsov (DİN-in Krasnoyarsk əyaləti üzrə Baş İdarəsinin rəis müavini), general-mayor Vladimir Nikitiyev (Cəzaların İcrası Federal Xidmətinin Kirov əyaləti üzrə rəisi) və başqalarıdır.

Həmçinin oxuyun

Almaniyada mühacir müsavatçılara cinayət işinin əsl motivi və “Azərbaycan hakimiyyətinin casusları”…

Müsavat Partiyası, sözün əsl mənasında, çalxalanır. Düzdür, bəzi partiya funksionerlərindən bununla bağlı ünvanladığımız suala yayındırıcı …