Çərşənbə , May 25 2022
Ana səhifə / Siyasət / “Putin 100 min əsgər itirsə belə tükü də tərpənməz” – Rəsul Quliyev

“Putin 100 min əsgər itirsə belə tükü də tərpənməz” – Rəsul Quliyev

“Qərbin Ukraynanı Putinə belə ucuz satması Avropaya çox baha başa gələcək. Putin üçün 10-15 min gənc rus əsgərlərini qurban verməyin onun üçün elə bir əhəmiyyəti yoxdur. 100 min itirsə belə, heç tükü də tərpənməz”.

Bunu Azərbaycan parlamentinin eks spikeri Rəsul Quliyev deyib. Onun sözlərinə görə, Putin artıq bir neçə dəfə Rusiya imperiyasının ayrı-ayrı respublikalara bölünməsini babası Leninin səhvi olduğunu qeyd edib və rus imperiyasının dağılmasını 20-ci əsrin faciəsi kimi qeyd edib.

“1997-ci ildən sonra NATO-ya qəbul edilmiş Şərqi Avropanın qeyri-qanuni olduğunu qeyd etmişdi. Ukraynanın işğalından ruhlanan diktator Şərqi Avropa ölkələrinin hamısının NATO-dan çıxması tələbini irəli sürəcək. 

“3-cü dünya müharibəsi istəməyən ABŞ və Aİ-sız NATO-dan çıxın biz sizi müdafiə edərik” vədi ilə bu ölkələri məcbur edəcəklər. Yeganə Orta Asiya ölkələrini Çin müdafiə edəcək”.

Həmçinin oxuyun

Ədalət Vəliyev Ağasif Şakiroğlu ilə görüşdü

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev …