Çərşənbə , Mart 22 2023
Ana səhifə / Siyasət / Putin Əliyevə zəng etdi

Putin Əliyevə zəng etdi

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev telefonla Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə dair tədbirləri müzakirə ediblər.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış məlum üçtərəfli sazişlərə uyğun olaraq Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yönəlmiş praktiki tədbirlər müzakirə edilib”, – deyə məlumatda qeyd olunur.

Həmçinin regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun

Vəkili Bəxtiyar Hacıyevin Prezidentə müraciətini təsdiqlədi

İctimai fəal Bəxtiyar Hacıyev Azərbaycan prezidenti İlham Əliyevə onun həbsdən azad olunmasına köməklik göstərilməsi xahişi …