Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Siyasət / Putin Əliyevə: “Strateji tərəfdaşlığımızı daha da gücləndirəcəyik”

Putin Əliyevə: “Strateji tərəfdaşlığımızı daha da gücləndirəcəyik”

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə milli bayram – Respublika Günü münasibətilə təbrik teleqramı göndərib. 

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya dövlətinin başçısı təbrikində Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə tanınmış uğurlara imza atdığını və dünya arenasında əhəmiyyətli nüfuz sahibi olduğunu, beynəlxalq gündəmdə bir çox vacib məsələlərin həllində fəal rol oynadığını qeyd edib.

“Biz Azərbaycanla yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Əminəm ki, birgə səylərimizlə strateji tərəfdaşlığı, xalqlarımızın rifahı naminə, regional təhlükəsizlik və sabitliyin təmin edilməsi naminə bütün sahələrdə səmərəli əməkdaşlığı möhkəmləndirəcəyik”, – deyə Vladimir Putin yekunlaşdırıb.

Həmçinin oxuyun

İlham Əliyev İraqın neft nazirini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 24-də İraqın neft naziri İhsan Əbdül Cabbarı qəbul edib.  Görüşdə …