Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Siyasət / Pul yığan müəllimlə direktor işdən çıxarılacaq – Nazirlikdən xəbərdarlıq

Pul yığan müəllimlə direktor işdən çıxarılacaq – Nazirlikdən xəbərdarlıq

Azərbaycan Təhsil Nazirliyi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar yenidən təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, “Müəllimlər günü”nün yaxınlaşması müxtəlif məktəblərdə bu məqsədlə pul yığılması barədə edilən söhbətləri yenidən gündəmə gətirir.

C.Valehovun sözlərinə görə, belə hallarla rastlaşan şəxslər TN-nin “Qaynar xətt”inə anonim olmadan müraciət edə bilərlər: “Bu halların hər biri araşdırılacaq. Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər”.

C.Valehov belə halların ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirdiyini söyləyib.

Həmçinin oxuyun

Əli Kərimli izahatı alınaraq sərbəst buraxılıb

Xəbər verildiyi kimi, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri “Sərbəst toplaşmaq azadlığı haqqında” …

Bir cavab yazın