Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Prokurordan qızına dəbdəbəli toy edən idarəsinin rəisi haqda AÇIQLAMA

Prokurordan qızına dəbdəbəli toy edən idarəsinin rəisi haqda AÇIQLAMA

Azərbaycan baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı yayılan məlumatlara münasibət bildirib.

K.Əliyev deyib ki, Q.Şükürovla bağlı baş idarəyə müraciət olunmayıb. “Baş idarə tərəfindən istənilən müraciətlə bağlı rəsmi aradırma aparılır. Belə araşdırmalar olanda ictimaiyyətə də açıqlayırıq. Konkret bu məsələ ilə bağlı müraciət olunmayıb. Əgər bununla bağlı baş idarənin məlumatı yayılmayıbsa, deməli, müraciət edilməyib”.

Qeyd edək ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən “Bakılifttəmir” İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri, həmçinin”Bakı Lift”in baş direktoru Qüdrət Şükürovla bağlı araşdırmalara başlanılması barədə xəbərlər yayılmışdı.

Bildirilib ki, qızı Aysel Şükürovanın 400 min dollarlıq toyu, dəbdəbəli həyat tərzi ilə gündəmə gələn Qüdrət Şükürovla bağlı məsələ ölkədə ən üst səviyyədə narazılıq yaradıb. Dərhal bu məsələnin araşdırılması və ölçü götürülməsi tapşırılıb.

Hətta sözügedən toyla bağlı da ayrıca araşdırma aparılıb, toyda iştirak edən şəxslər, bəylə-gəlinə mahnı həsr edənlər dindirilib. Bu işə xərclənən vəsait dəqiqləşdirilib.

Məlumata görə, Vergilər Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlamalar Qüdrət Şükürovun işdən qovulması ilə nəticələnib. Amma məlumat rəsmən təsdiqlənməyib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın