Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Profsoyuz”da “yolka bileti” alveri – Bu da bir biznesdir

“Profsoyuz”da “yolka bileti” alveri – Bu da bir biznesdir

Məlumdur ki, layiqli əmək Azərbaycan Respublikasında milli iqtisadiyyatın və sosial siyasətin əsas istiqamətlərindən biridir. Beynəlxalq Əmək Təşkilatının konsepsiyasına əsasən layiqli əmək istər kişi, istərsə də qadınlar üçün azad, bərabərhüquqlu, təhlükəsiz və insan ləyaqətinə hörmət edən tələblərə cavab verən layiqli və məhsuldar işlə təminat imkanlarının təkmilləşdirilməsi deməkdir. Respublikamızda zəhmətkeşlərin əmək və istirahət hüquqlarının qorunması müstəvisində əhəmiyyətli institut sayılan Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) bu gün hörmətli millət vəkili Səttar Mehbalıyevin rəhbərliyi altında əslində daha çox uğurlara imza ata bilərdi. Əlbəttə, əgər Konfederasiyanın vitse-prezidenti İlyas Əliyev deyil, daha kreativ, tərəqqipərvər, nəfsi tox ziyalı olsaydı…
Eyni zamanda “Xidmət-İş” HİF-nın prezidenti olan İlyas Əliyev bu gün Azərbaycan həmkarlar ittifaqlarının vətəndaş cəmiyyətinin tərkib hissəsi kimi üzərinə düşən vəzifələri yerinə yetirməkçün göstərdiyi səyləri heçə endirir, əməkçilərin hüquqlarının və mənafelərinin müdafiəsində real işlər görmür.
Azərbaycan Respublikası Ticarət, İctimai-iaşə, Kooperasiya, Sağlamlıq Ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq və Digər Xidmət Sahələri işçiləri Həmkarlar İttifaqları Federasiyasının (qısaldılmış adı : “Xidmət –iş” həmkarlar ittifaqları federasiyası-red.) Nizamnaməsində bildirilir ki, Federasiya dövlət və təsərrüfat orqanlarından, siyasi və digər təşkilatlardan asılı deyil, onlara hesabat vermir. Lakin bu o demək deyildir ki, Federasiya fəaliyyətində ictimai hesabatlılığı təmin etməməlidir. Federasiya rəhbərinin şəffaflıqdan qaçması isə səbəbsiz deyildir
Bildirilir ki, 90-100 manat təşkil edən göndəriş vərəqləri (putyovkalar) əsasən HİK üzvü olmayan şəxslərə 350 manatdan satılır. Zəhmətkeş insanları sanatoriya və müalicəxanalara göndərmək hüququndan “təyinatı üzrə və səmərəli” istifadə edən İlyas bəy, onun mühasibi və onların qohumları ölçüyəgəlməz pula-sərvətə, mala-mülkə yiyələniblər. Bütün bunlar və sadalamadığımız digər qanunsuzluqlar səbəbindəndir ki, İlyas Əliyevin haram olla əldə etdiyi kapital milyonlarla dollar həcmindədir. Onun paytaxtın izdihamlı yerlərində, xüsusən də Bakı metropoliteninin “Elmlər Akademiyası”, “Azadlıq” stansiyalarının həndəvərində və digər yerlərdə gəlirli iaşə və ticarət obyektləri “şıdırğı” fəaliyyətdədir.
Bildirilir ki, İlyas Əliyev öz işçilərinə məhrəm məclislərdə “yolka bileti sata-sata” var-dövlətini bu səviyyəyə gətirib çıxardığını etiraf edib. Görünür, ona ilk uğurları qazandıran bu köhnə alverin dadı damağında qaldığından, indinin özündə də dəyəri 6 manat təşkil edən “yolka biletləri”ni klöçürmə yolu ilə alaraq sonra təşkilatlara 3 manatdan “sırıyır”. Prosesin həm birinci, həm də ikinci mərhələsində özünəməxsus gedişlər edərək, qazanc əldə edir.
Adam hətta körpələrə düşən paya da göz dikir, buna etiraz edən valideynlərini isə böhtanla, şərlə ləkələmək istəyir. İlyas Əliyev özü barəsində AHİK prezidentinə ünvanlanan şikayətlərin də adresata çatmasını əngəlləyən bürokratik maneə mexanizmi qurub. Yəqin ki, çox hörmətli millət vəkili Səttar Mehbalıyev nəhayət İlyas Əliyevlə yollarını ayırmağa, vitse-prezidentdən rəvac verdiyi bütün qanunsuzluqlara görə məsulliyyət tələb etməyə qərar verəcəkdir.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın