Şənbə , Fevral 24 2024
Ana səhifə / Siyasət / Prezidentliyə namizədlərin qeydiyyatı başa çatdı: 7 nəfər iştirak edəcək

Prezidentliyə namizədlərin qeydiyyatı başa çatdı: 7 nəfər iştirak edəcək

Yanvarın 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Komissiya 7 fevral növbədənkənar Prezident seçkilərində Qüdrət Həsənquliyev, Fazil Mustafa, Elşad Musayev və Fuad Əliyevin namizədliklərinin qeydə alınması haqda qərar qəbul edib.

Məlumatı MSK-ın mətbuat xidməti yayıb.

Bildirilib ki, seçki prosesinin namizədliklərin qeydə alınması mərhələsi başa çatıb.

Bununla da seçki prosesinin birinci (imzatoplama və qeydiyyat) mərhələsi yekunlaşıb.

Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Namizədliyi qeydə alnmış şəxslər – ölkə başçısı İlham Əliyev, deputatlar – Fazil MustafaZahid Oruc, Qüdrət HəsənquliyevRazi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Fuad Əliyevdir.

Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.

Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.

AXCPMüsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …