Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / Prezidentliyə daha bir namizəd səs verdi – Fotolar

Prezidentliyə daha bir namizəd səs verdi – Fotolar

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu səs verib.

“Qafqazinfo” xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, S. Cəlaloğlu həm də prezidentliyə namizəddir.

***

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu  jurnalistlərə açıqlama verib. O qeyd edib ki, vətəndaşları narahat edən sosial iqtisadi problemlər var: “Ölkədə dəyişikliklər zəruridir. Biz partiya olaraq dəyişikliklərin yolunu demokratik seçkidə görürük. Seçkidə iştirak etməyimizin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda dəyişikliklərə ehtiyac var.  Bu dəyişikliklər dinc və demokratik yolla həyata keçirilməlidir. Biz Azərbaycanın gələcəyi naminə  vətəndaşların seçki ilə hakimiyyətiun dəyişilməsində aktiv iştirak etməsini istəyirik.  Demokratik seçkilərdə müxalifətlə iqtidar arasında səs fərqi  çox olmur.  İqtidarla müxalifət arasında səs fərqi varsa seçkilər şübhəli seçkilər kimi olur. Bu saat  seçki üçün pik saatlardır. Amma görünür ki, vətəndaşlarəın seçkiyə marağı o qədər də yüksək deyil. Arzu edirik ki, xalq seçkilərə və öz taleyinə biganə qalmasın”.




Həmçinin oxuyun

Qələbə yürüşlərində Rusiya bayrağının səbəbi – Açıqlama

10 noyabr sənədinin imzalanmasından sonra rayonların işğaldan azad edilməsini bayram edənlərin  Bakı küçələrində Rusiya bayraqlarını …