Şənbə , Yanvar 23 2021
Ana səhifə / Siyasət / Prezidentlərin qeyri-rəsmi zirvə görüşündən maraqlı anlar – İlham Əliyev dünya liderləri ilə bir arada+ FOTOLAR

Prezidentlərin qeyri-rəsmi zirvə görüşündən maraqlı anlar – İlham Əliyev dünya liderləri ilə bir arada+ FOTOLAR

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyada işgüzar səfərdədir.

MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündən sonra dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə baxıblar.

Azərbaycan və Rusiya prezidentləri ilə birlikdə Mariinski teatra digər MDB ölkələrinin liderləri-Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovvə Özbəkistan prezidenti Şavkat Mirziyoyev də gəlib.

Həmçinin oxuyun

Lavrov Qarabağdakı sülhməramlılara status istəyir – ŞƏRH

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qarabağdakı sülhməramlıların statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib. XİN …