Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Siyasət / “Prezidentlər Soçidə razılaşıblar”

“Prezidentlər Soçidə razılaşıblar”

“İki ölkə başçısı arasında bütövlükdə xoş münasibətlərin olduğu ortadadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən danışarkən deyib. Politoloq hesab edir ki, bundan əlavə hər iki ölkə prezidentlərinin arasında həm də bir anlaşma mövcuddur.
Zərdüşt Əlizadə Türkiyə Prezidentinin Soçi görüşünə də aydınlıq gətirib:
“Türkiyə Prezidenti ilə Rusiya Prezidenti Soçi görüşündə onları maraqlandıran məsələləri müzakirə edib. Müzakirədən sonra tərəflər hansısa ümumi razılaşmaya gəlib və qərar qəbul ediblər. Düşünürəm ki, yaxın vaxtlarda səfərin detalları ilə bağlı ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Azərbaycana səfər edəcəyi açıqlanıb. Ərdoğan Füzuli Hava Limanının açılışında iştirak edəcək.

Həmçinin oxuyun

Əli İnsanovun da partiyası QEYDİYYATA ALINDI – AÇIQLAMA

Azərbaycanda daha bir partiya – Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.Bununla bağlı partiyanın sədri …