Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / Prezidentin Xudafərində İrana verdiyi dostluq mesajı – ŞƏRH

Prezidentin Xudafərində İrana verdiyi dostluq mesajı – ŞƏRH

Noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə Xudafərin körpüsünə getməsi tarixi hadisə idi.

Azərbaycan xalqının tarixi yaddaşında və mədəni-mənəvi irsində mühüm yer tutan Xudafərin körpüsünün işğaldan azad olunandan sonra dövlət rəhbərliyi tərəfindən ziyarət edilməsi həm qonşu ölkələrə, həm dünyaya ciddi mesaj idi. Xüsusən də İranla sərhəddə yerləşməsi baxımdan strateji əhəmiyyət daşıyan Xudafərində olmaq kifayət qədər mühüm səfər idi. Özəlliklə Ali Baş Komandanın Xudafərin körpüsünü “dostluq körpüsü” adlandırması qonşu İrana çox müsbət bir mesaj, uzadılan dost əli kimi qiymətləndirilə bilər.  Çünki cənub sərhədlərini bərpa edən Azərbaycan bundan sonra İranla münasibətlərdə tamamilə yeni bir səhifə açmış oldu.

Əlbəttə, zaman-zaman qonşu dövlətin davranışlarından müəyyən giley-güzar, narazılıqlar olub, Vətən müharibəsinin ilk günlərində də bəzi şikayətlər var idi, amma rəsmi Tehran həm prezident, həm Ali lider, həm ayrı-ayrı vəzifəli şəxslərin səviyyəsində Azərbaycana açıq dəstək nümayiş etdirdi. O baxımdan İ.Əliyevin Xudafərini “dostluq körpüsü” adlandırması Bakı-Tehran əlaqələrində yeni mərhələnin təməlinin qoyulmasıdır.


Aydın Mirzəzadə: "Prezident istənilən ciddi məsələni daim nəzarətdə  saxlayır və bunun qarşısının alınması üçün addımlar atır" - Sonxeber.net

Aydın Mirzəzadə

Bu mövzuda danışan deputat Aydın Mirzəzadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın apardığı Vətən müharibəsi günlərində qonşumuz İran münasibəti cəmiyyətimizi çox qane etdi. Deputatın fikrincə, İranın həm beynəlxalq hüquqa, həm yaxın qonşuluq münasibətlərinə hörmət etməklə bizi razı saldı. A.Mirzəzadə xatırlatdı ki, İranın Ali Lideri səviyyəsində bu mövqe bir daha bəyan olundu və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxmasının vacibliyi qeyd edildi. 

“Bu münasibət və mövqe göstərdi ki, İran Azərbaycanla əlaqələrə ciddi şəkildə əhəmiyyət verir. Eyni zamanda Azərbaycan da həm tarixi qonşusu olan İrana, həm dini bağlılığı olan ölkəyə münasibətdə kifayət qədər önəm göstərir. Həmçinin İranın müharibənin getdiyi həssas dönəmdə hüquqlarımıza hörmətlə yanaşması, yanımızda olması onun ciddi, nüfuzlu və eyni zamanda ədalətə qiymət verən dövlət olduğunu göstərdi”,
 – deyə deputat bildirdi. Onun sözlərinə görə, Xudafərin körpüsü təkcə tarixi abidə deyil, həm də milli düşüncəmizin simvollarından biridir: “İranla sərhədlərimiz tamamilə nəzarətimizdədir. İşğaldan azad olunan andan həmin ərazilər sərhəd xidməti tərəfindən qorunmağa başlayıb. Bu, İranla ciddi münasibətlərimizin nəticəsidir. Bundan başqa, İran yaxın və vacib ticarət tərəfdaşımızdır. Əminəm ki, Azərbaycan-İran əlaqələri daha da yüksələn səviyyədə inkişaf edəcək. İki ölkə arasında humanitar, iqtisadi-ticari əlaqələrin yüksələn xətt üzrə inkişafı üçün yeni səhifələr açılacağı gözlənilir. Prezidentin də işğaldan azad edilmiş ərazilərə ilk səfəri zamanı İranla bağlı bu fikirləri söyləməsi iki ölkə arasında səmimi dostluq münasibətlərindən xəbər verir. Bu əlaqələr bölgədə stabilliyin, inkişafın və əbədi sülhün yaranmasının təminatıdır”.

Qulamhüseyn Əlibəyli: Ermənistan dövlət deyil, terrorçu hörgütdür


Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Xudafərin körpülərinin yenidən qurulması gələcəkdə su qovşaqlarından istifadəyə əsas verə bilər. Onun sözlərinə görə, Prezidentin çıxışını əsasən bu istiqamətdə nəzərdən keçirməliyik. Partiya sədri hesab edir ki, zaman-zaman İranın Ermənistanla münasibətlərindəki məqamlar Azərbaycanı qane etməyib: “Amma İran ermənilərin işğalçı siyasətini pislədi və Vətən müharibəsində Ali Lider səviyyəsində ortaya mövqe qoyuldu. Ümid edirəm ki, bundan sonra İran tərəfindən Azərbaycan cəmiyyətini narahat edən hər hansı addımlar olmayacaq, açıqlamalar səslənməyəcək. Prezidentin Xudafərini ”dostluq körpüsü” adlandırması da bir eyhamdır ki, iki ölkə arasında yaxşı münasibətlər inkişaf edəcək. Hər halda, cənub sərhədlərimizi bərpa etməyimizlə gələcəkdə İranla dostluq və ticari əlaqələrin daha da inkişaf edəcəyini düşünürəm”.

Seyid Abbas Musəvi Azərbaycana gəlib


Seyyid Abbas Musəvi

İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi də bildirib ki, Tehran-Bakı münasibətləri yeni bir mərhələyə qədəm qoyur. O, İran Ali Liderinin Dağlıq Qarabağla bağlı bəyanatından söz açarkən qeyd edib: “Bu bəyanatda göstərilən bütün məqamlar, o cümlədən müharibəni ən qısa müddətdə bitməsinin vacibliyi, işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması, ermənilərin hüquqlarına və beynəlxalq sərhədlərə hörmət, habelə İranın sərhədlərinə terrorçuların yaxınlaşdırılmamasına bu dövrdə riayət olunub”.

Musəvinin sözlərinə görə, Qarabağla bağlı bəyanatlar və İranın sülh təşəbbüsü Azərbaycan rəsmiləri tərəfindən məmnuniyyətlə qarşılanıb.

Həmçinin oxuyun

Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

“Fəxrizadənin ölümü sırf İran ətrafında uzun müddət davam edən prosesin bir həlqəsi kimi dəyərləndirilməlidir”.Bunu Qaynarinfo-ya açıqlamasında …