Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Prezidentin xəbərdarlığından sonra – “NAZ-Lifan” 6 modelin istehsalına başladı

Prezidentin xəbərdarlığından sonra – “NAZ-Lifan” 6 modelin istehsalına başladı

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında məmurlara yerli istahsal malları ilə bağlı xəbərdarlığından sonra “NAZ-Lifan” markalı maşınlara təlabat artıb.
Eyni zamanda Naxçıvan Avtomobil Zavodu texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla 6 modeldə “NAZ-Lifan” markalı minik avtomobili istehsal edir.
Hazırda texniki göstəriciləri və komfort baxımından daha yüksək olan “NAZ-Lifan X-50”, “NAZ-Lifan-820” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb ki, bu avtomobillər də yaxın vaxtlarda alıcılara təqdim ediləcək.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyətdədir. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilib. İlk vaxtlar müəssisədə “NAZ-Lifan” markası ilə istehsal edilən avtomobillər baqaj hissəsi salonda olan “320” (xetçbek) və baqaj bölməsi salondan kənarda yerləşən “620” (sedan) modellərindən ibarət olub. 2011-ci ildə yeni “NAZ-Lifan X-60” modelinin istehsalı üçün konveyer xəttində müəyyən dəyişikliklər aparılıb, 2012-ci ilin yanvar ayından etibarən isə bu modelin kütləvi istehsalına başlanılıb. Həmçinin müəssisəyə təcrübə-sınaq məqsədilə 2012-ci ilin sonunda kiçik partiyada 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub. Artıq “NAZ-Lifan” markalı “LF-6401” (6 nəfərlik mikroavtobus), “LF-5028” (800 kiloqram yükgötürən furqonlu avtomobil) və “LF-1022” modelləri (800 kiloqram yükgötürən bortlu avtomobil) satışa çıxarılıb. Məqsəd bazarı öyrənmək və gələcəkdə tələbat olarsa, kütləvi istehsala başlamaqdır.( Azərtac)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın