Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Siyasət / Prezidentin tərəfdarları parlamentə hücum edib – Yaralananlar var

Prezidentin tərəfdarları parlamentə hücum edib – Yaralananlar var

Venesuelanın paytaxtı Karakasda prezident Nikolas Maduronun tərəfdarları müxalifətin nəzarətində olan parlamentə hücum edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 4 nəfər xəsarət alıb, binaya maddi ziyan dəyib.

Məlumata əsasən, Konstitusiya Assambleyasının çağırılmasına qarşı aksiya keçirən parlamentin əməkdaşları Nikolas Maduronun tərəfdarlarının hücumuna məruz qalıb.

Bundan əlavə, Karakasda etiraz aksiyası keçirən müxalifətçilər üç yük maşınını yandırıb. “Telesur” telekanalının məlumatına görə, insident Venesuela Hərbi-Hava Qüvvələrinin bazası yaxınlığında qeydə alınıb.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Aprelin əvvəlindən ölkədə iğtişaşlar nəticəsində 75 nəfər ölüb.

Həmçinin oxuyun

Rəsmi Bakını Latın Amerikası ölkələri ilə nə bağlayır? – Poluxovdan açıqlama

Rəsmi Bakı Latın Amerikası ölkələri ilə ikitərəfli münasibətlərin dərinləşməsi üzərində məqsədyönlü şəkildə işləyir. Bunu Oxu.Az-a açıqlamasında …

Bir cavab yazın