Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / “Prezidentin siyasətinə hər zaman sadiq olacam” — Tağı Əhmədov təltif olunmasından DANIŞDI

“Prezidentin siyasətinə hər zaman sadiq olacam” — Tağı Əhmədov təltif olunmasından DANIŞDI

Bakı Metropoliteninin sabiq rəisi (1998-2014), Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov dövlət başçısı tərəfindən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsinə görə prezident İlham Əliyevə təşəkkür edib.
T.Əhmədov “Ölkə.Az”-a açıqlamasında prezident tərəfindən ona göstərilən etimadı yüksək qiymətləndirdiyini söyləyib:

“Cənab prezident çox sağ olsun. Cənab prezident tərəfindən təltif olunmağım mənim üçün böyük şərəfdir. Buna görə başda ölkə başçımız olmaqla, hər kəsə təşəkkür edirəm. İndiyədək olduğu kimi, bundan sonra da cənab prezidentin yürütdüyü siyasətə hər zaman sadiq olacam”.
Xatırladaq ki, Prezident İlham Əliyev Tağı Əhmədovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Həmçinin oxuyun

Ermənilər Zəngəzurda müdafiə xətti qurmağa başladı

Oktyabrın 19-da Nikol Paşinyan gözlənilmədən keçmiş baş qərargah rəisi Artak Davtyanı “Syunikdə mühafizə işlərinə” görə …