Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Prezidentin səfir təyin etdiyi Abdullayev kimdir? – DOSYE

Prezidentin səfir təyin etdiyi Abdullayev kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Səudiyyə Ərəbistanında yeni səfiri təyin olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə səfir postuna Şahin Şakir oğlu Abdullayev təyinat alıb.

Ş.Abdullayev 1959-cu ilin 14 noyabr tarixində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib.

Ş.Abdullayev indiyədək müxtəlif vəzifələrdə çalışıb. O, 1981-84-cü illərdə Yəməndə səfirlikdə işləyib. Daha sonra Azərbaycanın Xarici İşlər Nazirliyində ikinci katib, birinci katib, katibliyin müdiri (1989-95), Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin müşaviri (1995-99), XİN Asiya idarəsinin rəisi (1999-2004), Azərbaycanın Küveyt dövlətində səfiri (2004-10) vəzifələrini tutub.

Təcrübəli diplomat 2010-cu ildə Azərbaycanın Misir Ərəb Respublikasında, Əlcəzairdə, 2011-cu ildən isə Sudanda fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında nümayəndəsi, Afrika İttifaqı yanında müşahidəçi statusunda nümayəndəsi olub. (AzVision.az )

Həmçinin oxuyun

İqtidarın siyasi dialoq təşəbbüsləri davam edir

Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafı Prezident İlham Əliyevin dövlətçilik siyasətinin prinsipial istiqamətlərindəndir. Təqdirəlayiq haldır ki, ölkədə …