Şənbə , Noyabr 28 2020
Ana səhifə / Siyasət / Prezidentin parlamentə göndərdiyi qanun layihəsi müzakirəyə çıxarılır

Prezidentin parlamentə göndərdiyi qanun layihəsi müzakirəyə çıxarılır

Milli Məclisdə Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı dəyirmi masa keçiriləcək.

Tədbir Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən təşkil ediləcək. Tədbirdə millət vəkilləri, QHT təmsilçiləri və bır sıra dövlət rəsmiləri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalanıb.

Həmin Sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçiriləcək hüquqi islahatların yeni mərhələsinin başlanğıcını qoyub.

Təkliflər hərtərəfli təhlil edilib, qabaqcıl beynəlxalq praktika və qanunvericiliyin təcrübədə tətbiqi nəzərə alınmaqla Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən qanun layihəsi hazırlanıb. Həmin qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə göndərilib.

Həmçinin oxuyun

Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

“Fəxrizadənin ölümü sırf İran ətrafında uzun müddət davam edən prosesin bir həlqəsi kimi dəyərləndirilməlidir”.Bunu Qaynarinfo-ya açıqlamasında …