Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Prezidentin işdən çıxardığı Samir Cəfərov kimdir?

Prezidentin işdən çıxardığı Samir Cəfərov kimdir?

Ötən gün prezident İlham Əliyev “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin sədrini tutduğu vəzifədən azad edib.

Ölkə başçısının sərəncamına əsasən, Samir Dönməz oğlu Cəfərov “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin sədri postundan çıxarılıb.

S.Cəfərov bu vəzifəyə 2014-cü ilin fevral ayında təyin olunmuşdu. Göründüyü kimi, o postunda heç də uzun müddət qala bilmədi.

Samir Cəfərov kimdir?

AzVision.az xəbər verir ki, Samir Cəfərov 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. Türkiyənin Uludağ və Hacettepe universitetlərində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, magistr və doktorluq dərəcələri alıb.

Moskva Dövlət Universitetində elmi işlə məşğul olub. O,Türkiyədə metal emalı üzrə fəaliyyət göstərən şirkətdə məsul vəzifələrdə çalışıb, bir sıra ölkələrdə metallurgiya sahəsində şirkətlər qurub, sahibkarlıqla məşğul olub.

Rus, ingilis, ispan və türk dillərini sərbəst bilir. Müxtəlif dillərdə beynəlxalq münasibətlər sahəsində kitab və nəşrlərin müəllifidir.

2008-ci ildən 2014-cü ilədək Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin rəhbəri olub.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın