Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Prezidentdən yeni sərəncam, nazirlərə tapşırıq verildi

Prezidentdən yeni sərəncam, nazirlərə tapşırıq verildi

 

Bu gün Prezident İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib.

Azinforum.az  xəbər verir ki, sərəncama əsasən, aşağıdakı qərar həyata keçiriləcək:

1. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Həmçinin oxuyun

Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi – Video

“Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağdan çıxması Azərbaycanın işğaldan azad edilən torpaqlarda tez bir zamanda …

Bir cavab yazın