Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Siyasət / PREZİDENTDƏN QİYMƏT BAHALAŞDIRANLARA SƏRT XƏBƏRDARLIQ

PREZİDENTDƏN QİYMƏT BAHALAŞDIRANLARA SƏRT XƏBƏRDARLIQ

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çox sərt danışıb.

Azinforum.az  AzNews.az-a istinadən xəbər verir ki, prezident iclasda bir çox məsələlərlə bağlı problemləri sadalayıb və onların həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlarını verib.

Ölkə başçısı xüsusi olaraq qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı problemlər hələ də aktualdır.

İlham Əliyev son günlər daha çox müzakirə mövzusuna çevrilən AZAL-da biletlərin qiymətlərin bahalılığı məsələsinə də toxunub. Bildirib ki, biletlər həddindən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır. Prezident eyni zamanda ölkədə fəaliyyət göstərən otellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlməməsini və bunun da turizmin inkişafına mənfi təsirini göstərdiyini də vurğulayıb.

İ.Əliyev Azərbaycanın Xarici İşlər Nazirliyinin fəaliyyətini də tənqid edib. Prezident bildirib ki, bundan sonra Azərbaycanın xarici siyasəti ölkələrin bizə qarşı münasibətinə adekvat qurulmalıdır.

Prezidentin iclasdakı çıxışının tam mətnini bir azdan oxuya bilərsiniz.

Həmçinin oxuyun

Misir Mərdanov özünü oliqarx hesab etmir – VİDEO

”Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 …

Bir cavab yazın