Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Siyasət / Prezidentdən işsizlərə verilən müavinətlə bağlı XƏBƏRDARLIQ

Prezidentdən işsizlərə verilən müavinətlə bağlı XƏBƏRDARLIQ

“Bilmirik, bu vəziyyət nə qədər davam edəcək. Addımlarımızı elə atmalıyıq ki, iqtisadi, makro-iqtisadi sabitlik təmin edilsin. İlk növbədə əziyyət çəkən vətəndaşların problemlərini həll etməliyik, edirik… Bu məqsədlə böyük məbləğdə vəsair ayrılıb, 600 mindən çox işini itirən şəxsə dövlət tərəfindən dəstək verilir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, bu insanların maaşlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir: “İşsizlərlə də bağlı problem həllini tapır. İşini itirənlər kütləvi sürətdə adlarını qeydiyyata saldırırlar. Burada da çox diqqətli olmalıyıq, sui-istifadə hallarına yol verilməməlidir. Bu, həm vətəndaşlara, həm də dövlət orqanlarına… İşini itirən, işləməyənlərə yardım göstərilməlidir. Mənə verilən məlumata görə, müraciətlərin dinamikası çox sürətlidir, bu da müəyyən şübhələr doğurur. Dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olanlar dövlətdən yardım alsınlar. Mənim göstərişimlə son aylar ərzində ünvanlı sosial yardım alan insanların sayı artırılıb. İndi 70 mindən çoxdur. Vahid meyarlar tətbiq olunmalıdır”.

Həmçinin oxuyun

Parlamentdə koronavirus müzakirələri

Noyabrın 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin sədri Sahibə Qafarova iclası açaraq bildirdi …