Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Prezident tapşırıq verdi, Zakir Həsənov qərargah rəisi ilə birgə ön xəttdə! – FOTOLAR

Prezident tapşırıq verdi, Zakir Həsənov qərargah rəisi ilə birgə ön xəttdə! – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz düşmən mövqelərini müşahidə edib.

Azinforum.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ərazidəki əməliyyat şəraiti, bölmələrimizin hazırlıq vəziyyəti, qarşı tərəf barədə məruzə edildikdən sonra şəxsi heyətlə görüşən nazir hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.

Müdafiə naziri çay süfrəsi arxasında əsgərlərlə səmimi söhbət edib və qayğıları ilə maraqlanıb. Sonda nazir ön xətdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya təşəkkür elan edib və Ali Baş Komandanın adından mükafatlandırıb.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın