Cümə , Fevral 23 2024
Ana səhifə / Siyasət / Prezident seçkilərində üç təşkilat “exit-poll” keçirəcək

Prezident seçkilərində üç təşkilat “exit-poll” keçirəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində 3 təşkilatın “exit-poll” təşkil etmək barədə müraciətinə baxılıb və qəbul edilib. 

Toplum TV xəbər verir ki, bu barədə yanvarın 26-da MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

Onun sözlərinə görə,  Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirməyi planlaşdırır.

Həmçinin qeyd olunub ki, seçkilərdə Xankəndi, Şuşa, Suqovuşan və Ağalıda da “exit-poll” keçiriləcək. 

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …