Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / Prezident Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib

Prezident Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib

Prezident İlham Əliyev aprelin 23-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.

” Azinforum.az ” AzərTac-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.

Ötən il, eləcə də bu ilin ilk rübünün nəticələrinə əsasən ticarət dövriyyəsinin artmasını iqtisadi əlaqələrimizin genişlənməsinin yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev bunun ümumilikdə ikitərəfli münasibətlərimizin inkişafının yaxşı göstəricisi olduğunu vurğulayıb. Dövlət başçısı ölkələrimizin birgə səmərəli fəaliyyəti nəticəsində iqtisadi əlaqələrin möhkəmləndiyini, eləcə də ayrı-ayrı müəssisələr arasında əməkdaşlığın gücləndiyini deyib.

Maksim Oreşkin qeyd edib ki, seçkilərin nəticələri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi kursa xalq tərəfindən verilən möhkəm dəstəyin təzahürüdür və Azərbaycanda hökm sürən sabitlik böyük önəm daşıyır. Rusiyalı qonaq qeyd etdi ki, hətta Bakıya son gəlişindən keçən bir neçə ay ərzində iqtisadi əməkdaşlıq istiqamətində irəliyə doğru bir sıra ciddi addımlar atılıb.

Həmçinin oxuyun

Qələbə yürüşlərində Rusiya bayrağının səbəbi – Açıqlama

10 noyabr sənədinin imzalanmasından sonra rayonların işğaldan azad edilməsini bayram edənlərin  Bakı küçələrində Rusiya bayraqlarını …