Bazar ertəsi , May 20 2019
Ana səhifə / Siyasət / Prezident qanunu təsdiqlədi – Bu şəxslər cəzalandırılacaq

Prezident qanunu təsdiqlədi – Bu şəxslər cəzalandırılacaq

Prezident İlham Əliyev ölkədə işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmanın cinayət məsuliyyəti yaratması ilə bağlı Milli Məclisin qəbul etdiyi dəyişikliyi təsdiqləyib.

Prezident bununla bağlı müvafiq sərəncam imzalayıb. Dəyişikliyə əsasən, işsizlikdən və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınanlar məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, xeyli miqdarda vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayəti nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək.

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …