Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Prezident nazir müavinini vəzifədən aldı – Müdafiə Nazirliyində önəmli təyinatlar oldu

Prezident nazir müavinini vəzifədən aldı – Müdafiə Nazirliyində önəmli təyinatlar oldu

Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Qorxmaz Qarayev tutduğu vəzifədən azad edilib.

Azinforum.az  Azeridefence.com-a istinadən xəbər verir ki, nazir müavini ordu birləşmələrindən birinin komandan müavini təyin edilib. Q. Qarayevin yerinə isə polkovnik Fuad Məmmədov təyin olunub.

Məlumata görə, Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi,polkovnik Rüfət Əmirov isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl C. Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov və Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi, general-mayor Fəxrəddin Cəbrayılov Silahlı Qüvvələrin sıralarından tərxis olunublar.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın