Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Prezident Nərimanov Rayon Məhkəməsinin yeni binasının açılışında iştirak edib

Prezident Nərimanov Rayon Məhkəməsinin yeni binasının açılışında iştirak edib

Prezident İlham Əliyev iyunun 21-də Nərimanov Rayon Məhkəməsinin yeni inzibati biasının açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Nərimanov Rayon Məhkəməsinin köhnə binasının, eləcə də Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində hazırlanan müasir məhkəmə binalarının və komplekslərinin layihələrini əks etdirən stendlərə baxıb.

Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.

Ədliyyə naziri Fikrət Məmmədov binada yaradılan şərait barədə prezidentə məlumat verib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın