Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Siyasət / Prezident müdaxilə etdi, Abutalıbov sərəncamını geri oxudu

Prezident müdaxilə etdi, Abutalıbov sərəncamını geri oxudu

Bakının Mətbuat prospektində, “Ovçular evi”nin ərazisində çoxmərtəbəli və çoxfunksiyalı kompleksin tikintisinə dair şəhər İcra Hakimiyyətinin verdiyi icazə qüvvədən salınıb. Əvəzində Bakı şəhər İcra Hakimiyyəti həmin ərazidə “Mədəniyyət parkı” salacaq.

Bu barədə Bakı şəhər İcra Hakimiyyətindəki mənbə “Sputnik”ə bildirib.

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl ekskovatorlar gecə saatlarında “Ovçular evi”nin ərazisinə yeridilib, binanın söküntüsüsü və ərazidəçi çoxillik ağacların məhv edilməsi başlayıb. Bu barədə videokadrların mətbuatda yayılmasından sonra prezident İlham Əliyev məsələyə müdaxilə edib. Prezidentin müdaxiləsindən sonra “Ovçular evi”nin yerində “Böyük Plaza” adlı yaşayış-biznes kompleksinin tikintisi dayandırılıb. Ərazi mühafizə altına alınıb. Tikintini aparan “A-3 Tikinti-Sənaye Korporasiyası” MMC ağacların məhv edilməsinə görə 130 min manat cərimələnib.

Virtualaz.org dəqiqləşdirib ki, həmin şirkət ərazidə Milli Məclisin deputatları üçün elit yaşayış kompleksinin tikintisini nəzərdə tuturdu və tikintiyə icazəni Bakı şəhər İcra Hakimiyyəti vermişdi. Şirkət deputat Adəm İsmayılova bağlıdır, tikinti üçün sifariş Milli Məclisin İşlər İdarəsindən daxil olub.

İndi belə məlum olur ki, Bakı şəhər İcra Hakimiyyəti prezidentin müdaxiləsindən sonra tikntiyə dair sərəncamını ləğv edib. İcra Hakimiyyətinin adının açıqlanmasını istəməyən əməkdaşı bildirib ki, ərazidə şəhər sakinlərinin istirahəti üçün “Mədəniyyət parkı” salınacaq, işlər bir neçə ay ərzində tamamlanacaq.

Həmçinin oxuyun

Fuad Qəhrəmanlı istefa verdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib. O, bu barədə …

Bir cavab yazın