Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin azad torpaqlara səfərinin tarixi-strateji əhəmiyyəti…

Prezident İlham Əliyevin azad torpaqlara səfərinin tarixi-strateji əhəmiyyəti…

Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfər edib. Ölkə başçısı Füzuli və Cəbrayılda, o cümlədən Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb və çıxış edib. Füzuli şəhərində çıxışı zamanı deyib ki, biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik: “Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi sadəcə olaraq fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Köçəryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar”.

Dövlət başçısı bildirib ki, onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə:

“Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Köçəryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına. Burada, işğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Bütün yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm, əminəm ki, onlar tezliklə normal həyata qayıdacaqlar, onlar daim diqqət mərkəzində olacaqlar”.

Qeyd edək ki, ölkə başçısı və xanımı Mehriban Əliyeva cəbhə bölgəsinə səfərləri zamanı yerli əhali tərəfindən böyük sevinc və coşqu ilə qarşılanıblar.

Prezidentin işğaldan azad edilən yeni ərazilərə etdiyi səfərin hansı strateji əhəmiyyəti var?

  • “Sadə əhali cənab Prezidenti çox böyük ruh yüksəkliyi ilə, Milli Qəhrəman kimi qarşıladı”

Millət vəkili Elman Nəsirov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 44 günlük müharibənin gedişində Azərbaycan özünün şanlı qələbəsini qazandı:

“ Bizim ərazi bütüövlüyümüz bərpa olundu. Bundan sonra  Prezidentin ilk səfərinin işğaldan azad edilən Füzuli və Cəbrayıla olması tamamilə məntiqidir. Çünki  torpaqlarımızın işğaldan azad edilməsinin üç qəhrəmanı var. Onlardan birincisi dövlətimizin başçısıdır. Digər ikisi isə onun yaratdığı ordu və arxasında dayanan xalqdır.  Qəhrəmanın işğaldan azad etdiyi ərazilərə gəlməsinin çox böyük strateji mənası var. Yadınızdadırsa, Cocuq Mərcanlı da işğaldan azad edilərkən Prezident orada səfər edib demişdi ki, bunun çox böyük rəmzi mənası var. Bildirmişdi ki, bu gün Cocuq Mərcanlıdırsa, sabah biz başqa ərazilərimizi də azad edəcəyik. Doğrudan da belə oldu. Cənab Prezidentin bu səfərində diqqəti cəlb edən  məqamlardan biri Xudafərin körpüsünü ziyarət etməsi oldu. Bunun da tarixi əhəmiyyəti var. Çünki 30 ilə yaxındır ki, tariximizin ən böyük parçası sayılan  Xudafərin körpüsü işğal altındaydı. Həmin səfərdə Prezident bütün dünyanı ermənilərin həmin ərazilərdə hansı hərbi cinayətlərə imza atdıqlarını əyani nümayiş etdirdi”.

Deputatın sözlərinə görə, sadə əhali cənab Prezidenti çox böyük ruh yüksəkliyi ilə, Milli Qəhrəman kimi qarşıladı: “Bu zəfərə imza atan məhz odur. Bu səfərdə xalqın ölkə rəhbərinə olan çox böyük sevgisi və məhəbbəti bir daha üzə çıxdı. Bizi güclü edən budur. Azərbaycanın qələbəsini şərtləndirən mühüm amillərdən biri vətəndaş həmrəyliyinə nail olmağımızdır. Bir xalq öz Prezidentinə belə məhəbbət bəsləyirsə, həmin ölkə başçısı ən böyük xariqələri yaratmağa qadir olur. Qonşu Gürcüstanın Abxaziya və Osetiya problemi var. Təxminən Qarabağ problem ilə eyni zamanda baş qaldırıb. Ancaq onların həllində heç bir irəliləyiş yoxdur. Analoji vəziyyət Moldovanın Dnestraynı bölgəsində də dondurulmuş şəkildə qalır. Biz xoşbəxtik ki, bu qələbini görə bildik”. 

Müsahibimiz sonda bildirdi ki, torpaqlarımız üzərində suveren hüquqlarımızı bərpa edə bildiyimizə görə bütün Azərbaycan xalqı fəxarət hissi keçirir.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Türk hərbçilərinin Qarabağa gəlişi nə zaman baş tutacaq

Türkiyə Böyük Millət Məclisinin türk hərbçilərinin Azərbaycana göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləməsindən bir həftə …