Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Prezident İlham Əliyev Ramin Quliyevi təbrik etdi: “Səninlə fəxr edirik”

Prezident İlham Əliyev Ramin Quliyevi təbrik etdi: “Səninlə fəxr edirik”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yüngül atletika üzrə dünya çempionu Ramil Quliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Əziz Ramil.

İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan.
Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan.

Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik.

Sənə idmanda yeni qələbələr arzulayıram”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın