Cümə , Oktyabr 7 2022
Ana səhifə / Siyasət / Prezident erməni təxribatlarını daha bir mühüm beynəlxalq tribunada ifşa etdi

Prezident erməni təxribatlarını daha bir mühüm beynəlxalq tribunada ifşa etdi

Nərgiz Babayeva

YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru

Sentyabrın 15-də isə dövlət başçısı İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitində iştirak etmək üçün Səmərqəndə səfər edib. Bildiyimiz kimi, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil, bu beynəlxalq qurumla dialoq tərəfdaşı statusuna sahibdir. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsindən, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, həmçinin təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsindən, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səylərin göstərilməsindən, yeni beynəlxalq siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Azərbaycanın ilk dəfə olaraq məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammitinə dəvət olunması ölkəmizin, dövlət başçısı İlham Əliyevin beynəlxalq-siyasi nüfuzunun göstəricisidir. Təşkilatın məqsəd və məramı fonunda bu gün Azərbaycanın hər bir sahədə təcrübəsinin, inkişaf modelinin təqdir edilməsi ölkəmizin hədəflərə öz töhfələrini vermək imkanlarına aydınlıq gətirir.

Prezident İlham Əliyevin  16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edib.

Prezident çıxışı zamanı bildirib ki,   Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir.Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib: “İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Daha sonra Prezident İlham Əliyev Sammit iştirakçılarının nəzərinə çatdırıb ki, bu il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törədib. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıblar. O, qeyd edib ki, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. 

Dövlət başçımız çıxışı zamanı münaqişənin həllinə məsul olan beynəlxalq qurumların səmərəsiz fəaliyyətinə də toxunub, bunun narahatlıq doğurduğunu bəyan edib. Bu kontekstdə Prezident İlham Əliyev 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini xatırladıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, ölkəmizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Nəticədə, Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib.

Prezident İlham Əliyev Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etdiyini qeyd edərək, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin gerçəkləşməsinə önəmli töhfələr verdiyini bildirib. Qeyd edilməlidir ki, Şanxay Əməkdaşlıq Təşkilatına bütün üzv dövlətlərin, eləcə də müşahidəçi və tərəfdaş ölkələrin, o cümlədən Çin, Hindistan, Rusiya, İran, Pakistan, Qazaxıstan, Özbəkistan, Türkiyənin bu dəhlizlərin işləməsində əhəmiyyətli iqtisadi maraqları var. Azərbaycan  coğrafi baxımdan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri üzərində yerləşdiyi üçün unikal mövqeyə malikdir. Prezidentin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində diqqətə çatdırdığı kimi, Zəngəzur dəhlizi açıldıqdan sonra bu sahədə imkanlar daha da genişlənəcək. 

Prezident İlham Əliyev Sammitdəki çıxışında bir daha bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Bu mühüm məqam da Sammit iştirakçılarının diqqətinə çatdırıldı ki, 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Hərəkata sədrlik müddətinin 2023-cü ilə qədər uzadılması ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.

Həmçinin oxuyun

Kreml Azərbaycan və Ermənistana sülh üçün təkliflər verib – Zaxarova

Rusiya Azərbaycan və Ermənistana sülh müqaviləsinin bağlanması ilə bağlı “hərtərəfli təkliflərini” verib. Bu barədə Rusiya …