Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Siyasət / Prezident Elçin Quliyevi təbrik etdi

Prezident Elçin Quliyevi təbrik etdi

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

General-polkovnik E.Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini məruzə edib.

Həmçinin oxuyun

Leyla Abdullayeva: “Laçın artıq azaddır”

Ölkəmizin tarixi ərazisi, dilbər güşəsi Laçın artıq azaddır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla …