Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / Prezident dünya çempionu Ramil Quliyevlə görüşəcək

Prezident dünya çempionu Ramil Quliyevlə görüşəcək

“Azərbaycan bizim ürəyimizdir”. Bu sözləri İstanbulun Atatürk adına aeroportunda APA-ya verdiyi açıqlamada Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanan Ramil Quliyev deyib.

“Azərbaycan bizim ürəyimizdir. Yarışların hamısına  qəlbimdəki  Azərbaycan və Türkiyə sevgisi ilə çıxmışam. Mənim üçün həyəcan keçirən, sevincimi paylaşan hamını ürəkdən salamlayıram” — deyə Quliyev bildirib.

“Useyn Bolt artıq yarış səhnəsindən çəkildi. Niyə mənim  də onun rekordlarını  qırmaq və onu keçmək hədəflərim olmasın? İndi bütün gücümlə Avropa çempionu olmaq üçün hazırlaşacağam. Dünya çempionu olmuş bir insanın Avropa çempionluğundan aşağı hədəfi ola bilərmi?” — Quliyev əlavə edib.

İstanbul aeroportundakı qarşılama mərasimindən sonra məşqçi Oleq Muxin və dünya çempionu Ramil Quliyev Ankaraya gediblər. Prezident Rəcəb Tayyib Ərdoğanın 15 avqustda O.Muxin və R.Quliyevi qəbul etməsi gözlənilir.

Həmçinin oxuyun

“Qiyas kimilər qələt eləyir…” – Aqil Abbas

İctimai fəal Qiyas İbrahimovun facebookda Hayk Tigranyan adında erməni istifadəçisi ilə üzə çıxan  yazışmaları hər …

Bir cavab yazın