Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət / Prezident Administrasiyasında daha bir görüş – Müxalifət liderləriylə təmaslar davam edir

Prezident Administrasiyasında daha bir görüş – Müxalifət liderləriylə təmaslar davam edir

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsüylə başladılan müxalifətlə dialoq siyasəti çərçivəsində, bu gün Prezident Administrasiyasında daha bir partiya sədriylə görüş keçirilib.

Strateq.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin budəfəki görüşü Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə olub.

Görüşdə milli dövlətçilik tarixinə, Azərbaycan Xalq Cümhuriyyətinə və qurucularına, eyni zamanda dövlət müstəqilliyinin bərpasına və bərpaçılara – istiqlalçı millət vəkillərinə münasibət, demokratiya, insan haqları, siyasi azadlıqlar, siyasi məhbuslar, iqtidar-müxalifət münasibətləri, daxili siyasi münasibətlərin normallaşdırılması sahəsində atılan və yaxın perspektivdə atılmalı olan addımlar haqqında geniş və açıq fikir mübadiləsi aparılıb.

Tərəflər hakimiyyətin təşəbbüsü ilə başladılan siyasi dialoqun, bu istiqamətdə atılan ilkin addımların nəticələrini müsbət qiymətləndirməklə yanaşı, onun davamlı və dayanıqlı olmasının önəmliliyi məsələsində həmfikir olduqlarını bildiriblər.

Xatırladaq ki, Ədalət Vəliyev, AXCP sədri Əli Kərimli istisna olmaqla, indiyədək əksər müxalif partiya sədrləriylə görüş keçirib, onların ölkənin problemləriylə bağlı fikir və təkliflərini dinləyib. AXCP isə görüş üçün əlavə şərtlər irəli sürdüyündən, qəbul edilməyib.

Müxalifət partiyaları ilə keçirilən görüşlərin nəticəsi olaraq, indiyədək qeydiyyatından imtina edilən bir neçə partiya dövlət qeydiyyatına alınıb, həmçinin “Real” Partiyasının sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərova Ali Məhkəmədə bəraət verilib.

Həmçinin oxuyun

“Qəhrəman əsgərlərimizin son qələbəyə imza atacaqları tarixi gün uzaqda deyil” – Afsəddin Nəbiyev

“Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır”. Bunu Prezident İlham …