Bazar ertəsi , May 10 2021
Ana səhifə / Siyasət / “Prezident ADA-dakı konfrans vasitəsilə dünyaya iki mühüm ismarış verdi” – DEPUTAT

“Prezident ADA-dakı konfrans vasitəsilə dünyaya iki mühüm ismarış verdi” – DEPUTAT

Aprelin 13-də ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans keçirilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də konfransda iştirak edib. Tədbirin ardından bir sıra müzakirələr açılıb.

44 günlük II Qarabağ savaşındakı qələbəmizdən sonra belə bir konfransın keçirilməsi əslində Güney Qafqazın yenidən şəkillənməsi, bu bölgəyə yeni baxışın olmasıdırmı?

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a açıqlamasında dedi ki, “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni şərtlərdə baş tutan ilk geniş formatlı beynəlxalq tədbir idi: “Konfrans ADA Universitetinin yüksək səviyyəli təşkilatçılığı ilə baş tutdu. Hər şeydən öncə Azərbaycan Prezidenti bu konfrans vasitəsilə dünyaya iki mühüm ismarış verdi. Bunlardan biri artıq müharibənin və münaqişənin bitməsi, digəri isə Azərbaycanın yeni mərhələni inkişaf və əməkdaşlıq mərhələsi kimi görməsinin bəyanı idi. Ancaq şübhəsiz ki, bunlar konfransda ifadə edilən çoxsaylı və mühüm fikirlərdən yalnız ikisi idi. Prezident İlham Əliyev dünyanın ən müxtəlif beyin mərkəzləri təmsilçilərinin suallarını cavablandırarkən keçmiş münaqişənin tarixindən, onun həlli ilə bağlı aparılan uzunmüddətli və səmərəsiz danışıqlardan başlamış, erməni vandalizminin ifşasına, Azərbaycan Ordusunun qəhrəmanlığına qədər, dost ölkələrin beynəlxalq hüququn və ədalətin yanında olunmasından başlamış Ermənistanın təcavüzkarlıq siyasətini və faşist əməllərini dəstəkləyənlərə qədər çox geniş məsələlərə toxundu və bunu beynəlxalq ictimaiyyətin və qlobal informasiya məkanının diqqətinə təqdim etdi.

Hikmət Babaoğlu: ATƏT-in qərəzli seçki hesabatı Azərbaycan xalqının siyasi  iradəsinə hörmətsizlikdir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Hikmət Babaoğlu 

Bu xüsusda Azərbaycan xalqının tarixi keçmişi, ermənilərin necə Cənubi Qafqazda dövlət olmaları ilə bağlı da obyektiv tarixi bilgiləri arqumentləşdirilmiş bir şəkildə açıqca dünyanın diqqətinə təqdim etdi. Lakin bununla belə, Azərbaycanın hazırkı mövqeyinin yeni reallıqda əməkdaşlığın və inkişafın bərqərar olmasına, regionun kommunikasiya və iqtisadi bütövlüyünün təmin edilməsinə və bu prosesdə səmərəli əməkdaşlıq platformasının yaradılmasının vacibliyinə yönəldiyini bildirdi. Bunun üçün ilk növbədə Ermənistanın prosesə qoşulması və azərbaycanfobiyadan, türkfobiyadan qurtula bilməsinin və yaranmış yeni reallığı obyektiv əsaslarda dərk edə və qiymətləndirə bilməsinin lazım olduğunu qeyd etdi. Artıq hər kəsə aydındır ki, Qafqaz kimi mürəkkəb bir regionda yaradılmış ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycan öz güclü ordusu vasitəsilə söndürə bilib. Bu ölkəmizə yeni qalib ölkə statusu qazandırıb. Bütün dünya bu yeni reallığı düzgün qiymətləndirməli, Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıqla bağlı təşəbbüslərini tarixi fürsət kimi dəyərləndirməlidir. Ancaq hər şeydən öncə Ermənistan öz mövcudluğu üçün bu tarixi fürsəti əldən verməməlidir. Çünki Azərbaycan bütövlükdə regionumuzun tarixində geri dönülməsi mümkün olmayan mühüm strateji reallıq yaradıb və gec-tez hamı bununla hesablaşmalı olacaq”.

Elxan Şahinoğlu: “Avropa ölkələri sanksiyaların əleyhinədir”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Bu cür konfranslar Azərbaycan üçün çox vacibdir. Haqq səsimizi dünyaya çatdırmaq istəyiriksə, bu cür konfransları daxildə və xaricdə keçirib, səsimizi dünyaya yaymalıyıq. ADA-nın keçirdiyi bu tədbirin həm də əhəmiyyəti ondan ibarətdir ki, müxtəlif dövlətlərin beyin mərkəzinin rəhbərləri, siyasi ekspertlər Bakıya dəvət olunub. Ağdama səfər də təşkil olunub. Prezidentlə görüş olub və dövlət başçısı onların suallarına cavab verib. Bu mövzuda qonaqlar yazılar yazacaqlar, dünya mediasında bunlar yayılacaq. Ölkəmizdə gördüklərini, müşahidələrini bölüşəcəklər. Bu prosesi davam etdirmək Azərbaycan üçün çox önəmlidir. Düşünürəm ki, bundan sonra da bu cür konfransların sayını artırmağa böyük ehtiyac var. Bizim üçün hazırda əsas məsələlərdən biri də minalanmış ərazilərin xəritəsi məsələsidir. Belə bir təklifim var ki, bununla əlaqədar Bakıda böyük toplantı təşkil edilsin. Bu məsələnin müzakirəsinin aparılması Ermənistana ciddi təzyiqlərlə nəticələnə bilər”.

Həmçinin oxuyun

Sergey Lavrov Bakıdadır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəlib. Belə ki, Lavrov 10-11 may tarixlərində …