Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Prezidentə kütləvi müraciət – “Müharibəyə getmək istəyirik”

Prezidentə kütləvi müraciət – “Müharibəyə getmək istəyirik”

Azərbaycan, Türkiyə və Belarus vətəndaşları prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

“Qafqazinfo”nun məlumatına görə, Qarabağda döyüşlər başlayan gündən prezidentin saytına məktub yazan yüzlərlə şəxs müharibəyə getmək istədiyini və bunun üçün Ali Baş Komandandan əmr gözlədiyini bildirib. Müraciətdə sözügedən şəxslər ölkə başçısının ətrafında sıx birləşərək torpaqlarımızı azad etməyə hazır olduqlarını bildiriblər. Bu məqsədlə də onlar ön cəbhədə düşmənə qarşı döyüşlərdə iştirak etmək üçün ali baş komandandan əmr gözlədiklərini bəyan ediblər.

Müraciət edənlərdən bəzilərinin siyahısını təqdim edirik:

Aytan Günay Səfəralı oğlu- Türkiyə, İstanbul
Babayev Seymur Şəmşir oğlu- Belarus, Jlobin
Bütün Fuat Qərib oğlu- Türkiyə, Malatya
Yıldırım Ferdi İlyas oğlu- Türkiyə , İstanbul
Coşan Mehmetəli Mustafa oğlu- Türkiyə, Ankara
Qasımov Kamandar İdris oğlu-Azərbaycan, Bakı
Əmrahlı Nəbi Rəsul oğlu.- Azərbaycan , Sumqayıt
Mürsəlov Rəşad Nizami oğlu- Azərbaycan , Sumqayıt
Aydın Faruk İbrahim oğlu – Türkiyə, Konya və başqaları…

Türkiyənin Malatya bölgəsindən olan Bütün Fuat Qərib oğlu yazır:

Çox hörmətli Prezident İlham Əliyev!

İşğalçı Ermənistan ordusuna qarşı döyüşlərdə şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Bizim canımızla, qanımızla daim azərbaycanlı qardaşlarımızın yanındayıq. Biz “Bir millət, iki dövlət” olaraq daim sizinləyik. Qadir Allah gücünüzə Sizi qorusun, düşmən üzərində qələbədə Sizə güc və inam bəxş etsin.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın