Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Siyasət / Pravoslav kafedral kilsəsinin keşişi: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil”

Pravoslav kafedral kilsəsinin keşişi: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil”

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür edirəm. Prezident İlham Əliyev atası Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, işğal altında olan torpaqları azad etdi. Ən əsası, 30 il köçkün həyatı yaşayan insanlar öz doğma torpaqlarına qayıdırlar. Həmin insanların doğulduqları yerlərə, öz doğma evlərinə qayıdarkən necə gözəl hisslər keçirəcəyini təsəvvür edə bilmirəm.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə birlikdə Ermənistan işğalından azad olunmuş Ağdam şəhərinə səfər edən Müqəddəs Jen-Mironosits Kafedral Kilsəsinin nümayəndəsi, protoiyerey Sergey Ferştant deyib.

Erməni vandallarının Azərbaycanın işğal olunmuş şəhərlərindəki məscidləri dağıtdığını, təhqir etdiklərini deyən protoiyerey bildirib: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil. Həmin insan nə Allaha, nə də şeytana inanır. O, yalnız dağıdır. Başa düşmür ki, buna görə sabah Allah onu cəzalandıracaq”.

Həmçinin oxuyun

Afsəddin Nəbiyev: “44 günlük savaşda əldə etdiyimiz qələbəni həzm etmək niyyətləri yoxdur”

Məlum olduğu kimi, Belçika və Niderland krallıqlarında qanunsuz yaşayan müxtəlif millətdən miqrantlar növbəti dəfə deport …