Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Polkovnikin baş leytenantı döyməsinə – DİN-dən reaksiya

Polkovnikin baş leytenantı döyməsinə – DİN-dən reaksiya

Daxili İşlər Nazirliyi 25-ci Polis Bölməsinin rəisi, polkovnik-leytenant Rafael Albabayev və müavini, mayor Şakir Rüstəmov tərəfindən həmin bölmənin əməliyyat müvəkkili, baş leytenant Səməd Düsturovun döyülməsi məsələsinə münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda əməliyyat müvəkkili ilə bağlı araşdırmalar aparılır: “Əslində Səməd Düsturov, ümumiyyətlə, polis orqanlarında xidmət etdiyi qısa müddət ərzində özünü bir əməkdaş kimi mənfi cəhətdən göstərib. Bunun nəticəsi olaraq bir neçə dəfə iş yerini dəyişib, xidməti nizam intizam qaydalarını kobud şəkildə pozduğu üçün bir neçə dəfə rəhbərlik tərəfindən cəzalandırılıb. Lakin bu əməkdaş həmin intizam tənbehi tədbirlərindən özü üçün heç bir nəticə çıxarmayıb və həmin hərəkətlərini davam etdirib. Onun döyülməsi kimi qeyd olunan məsələ isə əslində Düsturovun növbəti xidməti qəbahətlərindən biridir. Həmin fakt üzrə aparılan yoxlama zamanı əməliyyat müvəkkilinin guya döyülməsi öz təsdiqini tapmayıb.

Hazırda onun barəsində aparılan araşdırmalar davam etdirilir. Nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın