Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Polkovnik jurnalistlərin binasından ev istəyir?

Polkovnik jurnalistlərin binasından ev istəyir?

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun jurnalistlər üçün tikilən binadan mənzil istəməsi barədə məlumat yayılıb. Sosial şəbəkə istifadəçiləri bu halı tənqid edib və “onun villası var” deyərək etiraz ediblər.

“Qafqazinfo” yayılan məlumatın doğru olub-olmadığını öyrənmək üçün V.Əsədovla əlaqə saxlayıb. Polkovnik saytımıza açıqlamasında villası olmasını təkzib edib: “Ev istəmişəmsə, burda nə qəbahət var ki? Bu, gizli bir şey deyil. Kim nə yazır özü bilər. Nə varsa, əvvəl axır bilinəcək”.

V.Əsədov bu mövzudan yazmamağı məsləhət görüb: “Yolların bağlanmasından, mənim mükafat almağımdan yazın. Yaxşı şeylərdən yazın ki, sizi sevsinlər”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın