Çərşənbə , İyun 19 2019
Ana səhifə / Siyasət / Politoloq: “Rusiya və İran Əsəd rejimini dəsttklədi, Türkiyə tək qaldı…”

Politoloq: “Rusiya və İran Əsəd rejimini dəsttklədi, Türkiyə tək qaldı…”

Türkiyə, Rusiya və İran liderləri bu gün Tehranda zirvə görüşü keçirdilər. Ərdoğan, Putin və Ruhaninin görüşdüyü sammitdə İdlib probleminin həll edilməsi gözlənilirdi. Bölgədə hərbi əməliyyatlara qarşı çıxan Türkiyə prezidenti günahsız adamların tələf olmamaası üçün məsələnin həlli axtarışındadır. Sammitdə Ankara üç mövzunu gündəmə gətirib:

1-İdlib və Suriya arasındakı atəşkəs rejiminin qorunaraq Astana prosesində qalması;

2-Suriya rejiminin İdlibdə dinc əhalini heçə sayan hücumlara son verməsi;

3-Terror təşkilatları PKK-nın Suriyadakı qolu YPG-nin bölgədən çıxarılması;

Politoloq Sülhəddin Əkbər Moderator.az-a açıqlamasında baş tutan zirvə görüşünü şərh edib:

“Bilirsiniz ki, görüş ərəfəsində – sentyabrın 4-dən artıq İdlibdə əməliyyatlar başladı. Rus və Əsəd rejiminin aviasiyası İdlib ərazisində mövqeləri vurmağa başladılar. Bu artıq Tehran zirvə görüşünün gərgin keçəcəyindən xəbər verirdi. Zirvənin baş tutduğu bu gün belə aviasiya zərbələrinin davam etməsi Rusiyanın, İranın və Əsəd rejimin mövqeyinin qəti olduğunu göstərdi. Göründüyü kimi zirvədə də fikir ayrılığı çox açıq şəkildə ortaya çıxdı. İlk dəfə idi ki, belə bir görüş canlı olaraq, bütün dünyanın gözü qarşısında baş tutdu. Əsas gündəmdə olan məsələ İdlibdə əməliyyatların olub-olmaması idi və burda da Türkiyə prezidentinin təkidlərinə baxmayaraq, Rusiya tərəfi başda olmaqla qarşı tərəf buna müsbət cavab vermədi. Zirvədə 12 maddəlik yekun bəyannamənin qəbul olunmasına baxmayaraq, zirvənin uğrusuzluqla başa çatdığını düşünürəm, çünki əsas məsələ İdlibdə geniş miqyaslı hərbi əməliyyatların qarşısının alınması idi və Türkiyə buna nail ola bilmədi.

Burdan da aydın oldu ki, Rusiya, İran və Əsəd rejimi müxalifətin son qalası olan İdlibi də ələ keçirib bütün Suriya ərazisinə nəzarət etmək niyyətindədir. Ona görə də bundan sonra, xüsusən də quru əməliyyatının başlamasına bir neçə gün var və bu müddət ərzində tərəflərin hansı addımları atacağını görüb, daha dəqiq qiymət vermək olar. İlkin dəyərləndirməm odur ki, burda ciddi fikir ayrılığı oldu və Türkiyə prezidenti açıq şəkildə bildirdi ki, əgər İdlibə yönəlik irimiqyaslı hərbi əməliyyatlar olarsa, bu həm bundan sonrakı siyasi tənzimləmə prosesinə ciddi zərbə vuracaq, həm də Astana prosesinin ruhunu zəhərləyəcək, eyni zamanda da müxalifət özlərini aldadılmış hesab edəcək. Bu o deməkdir ki, İdlibdə baş verənlər bundan sonrakı əməkdaşlığa kölgə salacaq. Açıq şəkildə həm Rusiya, həm də İran prezidenti Əsəd rejimini dəstəklədiklərini bildirdilər. Əgər bundan sonra quru əməliyyatı başlayarsa, biz ciddi fikir ayrılığının münasibətlərin pozulmasına qədər aparacağının şahidi olacağıq. Digər tərəfdən ABŞ-ın və onu müttəfiqləri olan Fransa və İngiltərənin hansı addımları atacağını gözləməliyik”.

Həmçinin oxuyun

“ELÇİBƏY BAŞ NAZİRLİYİ TƏKLİF ETDİ, RAZILAŞDIM…” – “Amma axşam Bakını tərk etdi…”

1993-cü ilin bugünlərində Azərbaycanda baş verən ziddiyyətli olaylarda üzdə olan fiqurlardan biri də AMİP lideri …